Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinski Astanada MDB daxili işlər nazirliklərinin cinayət axtarış idarələri rəhbərlərinin altıncı beynəlxalq konfransında iştirak edib. Bu barədə Trend ə DİN Beynəlxalq Əlaqələr İdarəsindən məlumat verilib.
Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Gürcüstan, Ukrayna, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ermənistan və Qazaxıstan Daxili İşlər nazirliklərinin nümayəndələri iştirak etib.
Konfransda transmilli cinayətkarlıqla mübarizə, cinayətkarların axtarılmasında birgə fəaliyyətin əlaqələndirilməsi, cinayətkarlıqla mübarizədə yeni forma və metodların tətbiqi, cinayətkarlığın açılması ilə bağlı təcrübə mübadiləsinin, itkin düşmüş adamların axtarılıb tapılmasında səylərin əlaqələndirilməsi, canilərin qısa müddətdə aşkar edilməsi və digər məsələlər müzakirə olunub.