...

Azərbaycan prezidenti BP Azerbaijan şirkətinin prezidenti və BTC Co-nun baş icraçı direktorunu qəbul edib

Siyasət Materials 13 İyun 2006 17:30 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvordu və Azərbaycanda missiyası başa çatan BTC Co-nun baş icraçı direktoru Maykl Taunzendi qəbul edib.

İlham Əliyev BTC layihəsinin gerçəkləşdirilməsində M.Taunzendin xidmətlərini yüksək qiymətləndirib və onu "Şöhrət" ordeni ilə təltif edib.

M.Taunzend xidmətlərini qiymətləndirdiyinə görə prezidentə təşəkkürünü bildirərək qeyd edib ki, bu, onun üçün böyük şərəfdir.

Xəbər lenti

Xəbər lenti