Son yarım ildə Səhiyyə Nazirliyi Lənkəranda müalicə-diaqnostika mərkəzi üçün kadr hazırlamaq məqsədilə fəal iş aparır. Bu barədə, Trend agentliyinin "Lider" telekanalına istinadən yaydığı məlumata əsasən, iyunun 17-də səhiyyə naziri Oqtay Şirəliyev xəbər verib.
"Lənkərandakı mərkəz müasir texnika ilə təchiz olunub və mürəkkəb avadanlıqla işləmək üçün yüksək ixtisaslı mütəxəssislərə ehtiyac var" - deyə nazir vurğulayıb. O xatırladıb ki, bu mərkəzdə xüsusilə kömpüter tomoqrafiyası və dializ keçiriləcək.
"Biz mütəxəsisslərin hazırlanmasını davam etdirəcəyik və təbii ki, onların əsas bazası Azərbaycan Tibb Universitetidir" - deyə O.Şiraliyev əlavə edib.
İyunun 17-si Azərbaycanda səhiyyə işçiləri günü kimi qeyd olunur. 2001-ci il iyunun 17-də keçmiş prezident Heydər Əliyev bu barədə müvafiq sərəncam imzalayıb.