...

Abdulla Gül: "Kipr problemi və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğalı İKT sammitində Türkiyənin prioritetidir"

Siyasət Materials 19 İyun 2006 10:50 (UTC +04:00)

İslam Konfransı Təşkilatı XİN başçılarının 33-cü görüşü bütün islam dünyasının Azərbaycanı daha yaxından tanımasına imkan verəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Türkiyə xarici işlər naziri Abdulla Gül Bakıya gəlişində bəyan edib.

Onun sözlərinə görə, bəzi ölkələrin nümayəndələri Bakıya ilk dəfədir ki, gəlir və bu, Azərbaycanın tanınmasın üçün çox mühümdür. Nazir bildirib ki, tədbirdə "islam dövlətləri ən yaxşı həmrəylik nümunəsi göstərəcək".

Sammitin gündəliyində Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərə gəlincə A.Gül qeyd edib ki, bu, ilk növbədə Kipr problemi və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğalı ilə bağlı məsələlərdir.

Nazir bildirib ki, İKT XİN başçılarının 33-cü iclasının yekunları üzrə təşkilatda sədrlik Azərbaycandan Yəmənə keçəcək və Ankara İKT çərçivəsində Azərbaycana əlindən gələn dəstəyi göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti