Rusiya sivilizasiyalararası dialoq və partnyorluğun nizama salınmasında İslam Konfransı Təşkilatının (İKT) rolunu yüksək qiymətləndirir. Trend in "Rusiya" radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Bakıda keçirilən İKT ölkələri xarici işlər nazirləri Şurasının 33-cü sessiyasında iştirak edən RF XİN başçısının birinci müavini Andrey Denisov bildirib.
Burada 97 ölkənin, həmçinin beynəlxalq təşkilatların, eyni zamanda Avropa Şurası və ATƏT nümayəndələri toplaşıb. İyunun 21-ə qədər davam edəcək sessiyada regional münaqişələr, o cümlədən Yaxın Şərq və Qarabağ münaqişələri, İraq, Əfqanıstan və Somalidəki vəziyyətlə bağlı problemlər gözdən keçiriləcək. BMT-nin Təhlükəsizlik Şurasının genişləndirilməsi, İranın nüvə proqramının tənzimlənməsi, qlobal terrorçuluqla mübarizədə müsəlman dövlətlərinin qarşılıqlı münasibəti ilə bağlı məsələlərin müzakirəsi gözlənilir. Rusiya 2005-ci ildə İKT-də müşahidəçi statusu alıb.