...

Milli QHT Forumu tərəfindən hazırlanan qanun layihələri Milli Məclisin müzakirəsinə təqdim olunacaq

Siyasət Materials 21 İyun 2006 19:34 (UTC +04:00)

Azərbaycan Milli QHT Forumu İşçi Qrupunun iyunun 21-də üçüncü iclası keçirilib. Trend xəbər verir ki, iclas QHT-lərin fəaliyyətini nizamlayan 3 qanun layihəsi və bəzi qanunlara əlavə və dəyişikliklərlə bağlı keçirilib.

Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu Vətəndaş Cəymiyyəti Layihəsinin texniki dəstəyilə QHT qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş aparır. Bununla bağlı bir sıra sənədlər Milli QHT Forumu tərəfindən hazırlanaraq bu ilin payızında Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Həmin qanun layihələri bunlardır: "İctimai birliklər haqqında" qanun layihəsi, "Fondlar haqqında" qanun layihəsi, "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihəsi və QHT-lərin qarşılaşdığı bir sıra problemlərin həlli üçün digər qanunların analizi.

İclas həmçinin iyunun 28-də beynəlxalq qurumların, eləcə də xarici və milli QHT-lərin iştirakı ilə keçiriləcək seminara hazırlıq məqsədi daşıyıb. İclasda çıxış edən Milli QHT Forumunun prezidenti, millət vəkiliyi Azay Quliyev qanun layihələrinin hazırlandığı zaman beynəlxalq təcrübədən istifadə ediləcəyini, bu məqsədlə AŞPA, ATƏT kimi qurumların ekspertlərinə rəy üçün təqdim olunacağını bildirib.

Onu da bildirək ki, iyunun 28-də "Crescent Beach" otelində İşçi Qruplarının birgə iştirakı ilə qanun layihələrinin müzakirəsinə həsr olunan geniş seminar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti