...

Azərbaycan və Əmmanın Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr baş tutub

Siyasət Materials 23 İyun 2006 13:52 (UTC +04:00)

Bakıda Əmmanın XİN başçısı Səyid Badr bir Həməd Əl Busaadi və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun iştirakı ilə Azərbaycan və Əmmanın Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr baş tutub.

Görüşdə tərəflər qarşılıqlı əməkdaşlıq barədə müxtəlif məsələləri, o cümlədən investisiya, turizm, təhsil və mədəniyyət sahəsində əlaqələrin sonrakı inkişaf mövzusunu müzakirə ediblər.

Həmçinin özəl və dövlət sektorunun nümayəndələrinə güzəştlərin verilməsi haqqında razılıq da əldə olunub. Hər iki dövlətin iqtisadi iqliminin yol verdiyi proqramların inkişafının zəruri olduğu qeyd olunub.

Görüşdə Əmman XİN -in Avropa departamentinin rəhbəri, səfir Məhəmməd bin Tahir Yeidid, həmçinin Omanın Türkiyədəki (eyni zamanda Azərbaycandakı) səfiri Məhəmməd bin Nasər Əl Vahabi də iştirak edib.

Xəbər lenti

Xəbər lenti