...

Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşüb

Siyasət Materials 23 İyun 2006 16:49 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Rebeka J.Naslındla görüşüb. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

VHP-nin qərargahında ABŞ səfirliyinin təşəbbüsü ilə keçirilən görüş əsasən tanışlıq xarakteri daşıyırıb. Rebeka J.Naslınd partiyanın deputat qrupunun fəaliyyəti, parlamentdə qanun layihələrinin hazırlanma mexanizmi, Dağlıq Qarabağ münaqişəsinə və qarşıdan gələn bələdiyyə seçkilərinə VHP-nin münasibəti, partiyanın strukturları və digər məsələlərlə maraqlanıb. S.Rüstəmxanlı diplomatın suallarını cavablandırıb. Rebeka Naslınd səfirliyin VHP ilə daimi əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti