...

AŞ-dəki daimi nümayəndə: Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandat məsələsi aktual deyil

Siyasət Materials 23 İyun 2006 19:02 (UTC +04:00)
AŞ-dəki daimi nümayəndə: Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandat məsələsi aktual deyil

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandat məsələsi aktual deyil. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib.

Onun sözlərinə görə, AŞPA-nın kuluarlarında Bakının ünvanına tənqidi fikirlərin səsləndirilməsi mümkünlüyü istisna olmasa da, müsbət məsələlər vurğulanacaq. "Hesab edirəm ki, AŞPA sessiyasında Azərbaycana qarşı xüsusi problemlər ehtimal olunmur" - deyə A.Mehdiyev qeyd edib.

AŞ Nazirlər Komitəsi "Aqo" monitorinq qrupunun nümayəndə heyətinin rəhbəri, almaniyalı diplomat Ronald Vegenerin şifahi məruzəsinə gəldikdə, A.Mehdiyev deyib ki, məruzədə Cənubi Qafqaz regionuna səfər haqqında qısa şifahi məlumat var idi. R.Vegener Nazirlər Komitəsini məlumatlandırıb ki, yaxın vaxtlarda nümayəndə heyətinin üzvləri AŞ Nazirlər Komitəsində nümayəndələr səviyyəsində müzakirə olunacaq yazılı hesabat hazırlayacaq" - deyə A.Mehdiyev hesabatın 2006-cı il 12 iyun iclasının gündəliyinə daxil ediləcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti