Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev iyunun 28-də Amerika-Türkiyə Assosiasiyalar Assambleyasının prezidenti Vural Çingizi qəbul edib.
Görüşdə V.Çingiz Bakıya indiki səfəri zamanı keçirdiyi görüşlər barədə ətraflı məlumat verərək bildirib ki, ABŞ-ın Azərbaycan və türk diasporları arasında əlaqə yüksək səviyyədədir.
Dövlət başçısı ABŞ-ın Azərbaycan və Türkiyə diasporları arasında əməkdaşlığın geinşlənməsindən məmnunluğunu bildirib. O vurğulayıb ki, bu əlaqələr Azərbaycan haqqında həqiqi məlumatların bütün dünyada yayılmasına xidmət edir.