...

Robert Eyc: "İyulda Cisco Systems Azərbaycanda nümayəndəliyini açacaq"

Siyasət Materials 29 İyun 2006 17:35 (UTC +04:00)
Robert Eyc: "İyulda Cisco Systems Azərbaycanda nümayəndəliyini açacaq"

İyulun əvvəllərində Cisco Systems Azərbaycanda nümayəndəliyini açacaq. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 29-da Cisco Systems-in vitse-prezidenti, şirkətin MDB ölkələrindəki nümayəndəliyinin rəhbəri Robert Eyc bildirib.

Onun sözlərinə görə, işin bütün hüquqi tərəfləri yerinə yetirilib. Hazırda ofisin yerləşəcəyi yer də müəyyən edilib.

Şirkətin Moskva, Kiyev, Alma-Ata və Daşkənddə 4 nümayəndəliyi var.

Şirkətin Qafqaz ölkələrində nümayəndəliyi ilk dəfə Azərbaycanda açılacaq.

Cisco Systems şirkəti İnternet şəbəkəsi üçün avadanlıq və kompleks həllər tədarükçüsüdür. Cisco-nun şəbəkə həlləri effektiv informasiya mübadiləsini təmin edir ki, bu da xərclərin azaldılmasına və müəssisələrə müştərilər, tədarükçülər və tərəfdaşlarla sıx əlaqələr qurmağa şərait yaradır. Cisco həlləri bütün dünyada 1000 şirkətin, şəbəkə xidmətləri tədarükçülərinin, universitet və dövlət müəssisələrinin şəbəkələrinin əsasını təşkil edir. İnternet şəbəkəsinin 80%-dən çoxu Cisco avadanlıqları üzərində qurulub.

Xəbər lenti

Xəbər lenti