...

AŞPA-dakı Azərbaycan və erməni deputatları arasında insident baş verib

Siyasət Materials 30 İyun 2006 16:04 (UTC +04:00)

AŞPA-nin iyunun 30-da kecirilən iclasında Avropada meşə yanğınlarının qarşısının alınması ilə bağlı müzakirələr zamanı azərbaycanlı deputatlarla erməni deputatlar arasında insident bas verib. Trend in Strasburqdakı xüsusi müxbirinin məlumatına görə, ASPA-daki Azərbaycan nümayəndə heyətinin hələ sessiyanin ilk günlərindən ermənilərin işğal altındakı Azərbaycan ərazilərində kütləvi yanğınlar törətməsi barədə məsələ qaldırması erməniləri qıcıqlandırıb.

Odur ki, müzakirələr baslayan kimi ASPA-dakı Ermənistan nümayəndə heyətinin rəhbəri Tiqron Torosyan və Hermini Naqdalyan dərhal çıxış edərək azərbaycanlıların bu məsələdən spekuliyasiya etdiklərini bildirib.

Bundan sonra azərbaycanlı deputatlar Gültəkin Hacıyeva və Qənirə Pasayeva çıxış edərək bildiriblər ki, ermənilər bu məsələdə də faktları gizlətməyə çalısırlar.

Deputat Qənirə Paşayeva bildirib ki, Ermənistan münaqişəni qızısdırmaqla məşğuldur. Millət vəkili qeyd edib ki, hər il mayın 8-də Robert Köcəryan Şuşanın işğal günü ilə bağlı Qarabağdakı separatçı rejimin rəhbərlərinə təbrik məktubu göndərir: "Bundan başqa Ermənistanın baş naziri Andanik Marqaryan, müdafiə naziri Serj Sarkisyan Şuşaya gələrək separatçılar qarşısında çıxış edirler".

Bundan sonra müzakirələr qarşılıqlı ittihamlarla davam edib.

Xəbər lenti

Xəbər lenti