...

Dağlıq Qarabağ məsələsi Avropa Şurası baş prokurorlarının Moskva iclasında qaldırılıb

Siyasət Materials 5 İyul 2006 18:25 (UTC +04:00)
Dağlıq Qarabağ məsələsi Avropa Şurası baş prokurorlarının Moskva iclasında  qaldırılıb

Avropa Şurası baş prokurorlarına Azərbaycanda həyata keçirilən əhəmiyyətli islahatlar, eləcə də Azərbaycan-Ermənistan münaqişəsi haqqında ətraflı məlumat verilib. Bu barədə, Trend in xüsusi müxbirinin yaydığı məlumata əsasən, görüşdə iştirak etmiş Azərbaycanın baş prokuroru Zakir Qaralov iyulun 5-də Moskvada bəyan edib.

Z.Qaralov deyib ki, Ermənistan Silahlı Qüvvələrinin Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərindəki hərəkətləri insanlığa qarşı cinayət, soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilir. "Bu haqda kifayət qədər material toplanıb və biz həmin məlumatın Avropa və dünya ictimaiyətinə çatdırılması istiqamətində işi davam etdirəcəyik. Soyqırımı təsdiqləyən bütün bu materiallar Avropalı həmkarlara çatdırılıb və bu iş davam etdiriləcək" - deyə o qeyd edib.

Z.Qaralovun sözlərinə görə, AŞ baş prokurorlarının 7-ci konfransının əsas mövzusu ayrı-ayrı Avropa ölkələri prokurorluqlarının cinayətkarlıqla mübarizədə və hazırda yaradılan Baş Prokurorların Konsaltinq Şurasının rolunun fəallaşdarılmasında qarşılıqlı fəaliyyəti idi. Onun dediklərinə görə, Azərbaycan qanunvericiliyi, o cümlədən cinayət və cinayət-prosessual məcəllələri Avropa Şurası standartları ilə uyğunlaşdırılıb ki, bu da Avropalı həmkarlarla tam əməkdaşlıq etməyə əsas verir. Z.Qaralov deyib ki, bu forum çərçivəsində Rusiya, Macarıstan, Avstriya və digər ölkələrin baş prokurorları ilə görüşlər planlaşdırılıb.

Rusiyanın Baş Prokurorluğu ilə əlaqələrin səviyyəsi haqqında suala cavab verən Z.Qaralov deyib: "Azərbaycanın Baş Prokurorluğunun nəinki Rusiya, həm də başqa dünya prokurorluqları ilə əlaqələri günbəgün genişlənir və çox fəaldır. Rusiya Baş Prokurorluğu ilə əlaqələr çox uğurla inkişaf edir və bizim qurumlar arasında həll edilməmiş məsələ yoxdur. Biz ciyanətlərin açılmasıqda və cinayətkarların təhvil verilməsində bir-birimizə böyük kömək edirik" - deyə baş prokuror qeyd edib.

Moskva görüşünə 44 Avropa ölkəsinin nümayəndəsi toplaşıb. Qeydə alınmış iştirakçıların ümumi sayı 150 nəfərdən çoxdur. Rusiya AŞ Xarici İşlər Nazirləri Şurasının Komitəsində sədrlik edir və may-noyabr aylarında onun ən əsas vəzifələrindən biri Konsaltinq Şurasının təsis konfransının keçirilməsidir ki, bu da AŞ ölkələri prokurorluqları fəaliyyətinin əlaqələndirilməsini gücləndirəcək.

Xəbər lenti

Xəbər lenti