...

Rusiyanın yeni səfiri Azərbaycana ciddi niyyətlərlə gəlir

Siyasət Materials 7 İyul 2006 19:56 (UTC +04:00)
Rusiyanın yeni səfiri Azərbaycana ciddi niyyətlərlə gəlir

Rusiyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Vasiliy İstratov bəyan edib ki, Azərbaycana çox ciddi niyyətlərlə gedir. O, iki ölkə arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün əlindən gələni etmək niyyətindədir. Bu barədə, Trend in Moskvadakı xüsusi müxbiri xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlardan sonra deyib.

"Yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatmış əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğuna əminəm" - deyə o qeyd edib.

Rusiya səfirinin sözlərinə görə, Azərbaycana gəldikdə öz etimadnamələrini dövlət başçısına təqdim edəcək, sonra isə ölkəni gəzəcək, azərbaycanlılar, Azərbaycanda yaşayan Rusiyalı həmvətənləri ilə görüşəcək, əlaqələrin bütün istiqamətlərdə fəal inkişafına səy göstərəcək. O, Moskvadakı azərbaycanlıların həyatı ilə tanışlığa görə Azərbaycanın Rusiyadakı səfiri P.Bülbüloğluna da təşəkkür edib.

P.Bülbüloğlu öz növbəsində əlavə edib ki, onlar qarşıda duran bir sıra problemləri artıq müzakirə ediblər. "Şübhəsiz, iki səfirlik və iki səfir sıx təmasda işləsə, bu, bir çox məsələlərin həllini tezləşdirər" - deyə o vurğulayıb.

O, V.İstratova böyük uğurlar arzulayıb və qeyd edib ki, onun diplomatik təcrübəsi ikitərəfli əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verəcək.

V.İstratov 1977-ci ildə MDU-nun Tarix fakültəsini bitirib. 1991-ci ilə qədər universtitetdə Böyük Britaniya tarixini tədris edib. Sonra isə, 1991-ci ildə XİN-ə keçib və ilkin dövrdə parlamentlə əlaqələrə görə cavab verib. 1996-cı ildə Rusiya XİN-in Şimali Amerika istiqamətinə keçərək Şimali Amerika Departamentinin direktor müavini olub. Bu vəzifədə işləyərək o, İrlandiyada diplomatik nümayəndə olub. Evlidir, qızı var.

Xəbər lenti

Xəbər lenti