...

Müdafiə naziri ABŞ-ın Bakıdakı yeni səfirini qəbul edib

Siyasət Materials 7 İyul 2006 20:35 (UTC +04:00)

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyulun 7-də ABŞ-ın Azərbaycana təyin olunmuş yeni səfiri Enn Dersi qəbul edib. Trend agentliyinin məlumatına əsasən, tanışlıq xarakteri daşıyan görüş zamanı nazir Amerikalı diplomatı yeni təyinatı münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində Enn Ders nazirə səmimi qəbula görə təşəkkür edib və deyib ki, Amerika-Azərbaycan əlaqələrinin inkişafı üçün əlindən gələni edəcək.

Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf məsələlərini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti