...

Azərbaycan XİN başçısının Almaniyaya rəsmi səfəri başa çatdı

Siyasət Materials 8 İyul 2006 14:20 (UTC +04:00)

İyulun 7-də Almaniyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dövlət naziri Kristian Şmidt və iqtisadi əməkdaşlıq və inkişaf nazirinin müavini Karen Kortman ilə görüşüb. Bu barədə Trend ə Azərbaycan XİN-in Mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə xəbər verib.

K.Şmidtlə görüşdə Azərbaycanın Avropa-Atlantika məkanına inteqrasiyası, Avropa Birliyinin qonşuluq siyasətində iştirakı və Birliklə sıx əməkdaşlıq perspektivləri müzakirə edilib. Nazir həmçinin ona Azərbaycanın hazırki siyasi-iqitsadi inkişafı, ölkə başçısı tərəfindən bu sahədə həyata keçirilən məqsədyönlü siyasət, həyata keçirilən iqtisadi layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft -qaz boru kəmərləri, planlaşdırılmış Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu barədə məlumat verib. Tərəflər NATO-nun "Sülh naminə əməkdaşlıq" və Fərdi əməkdaşlıq proqramları çərçivəsində iki ölkənin əməkdaşlığının möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyində keçirilən görüşdə Azərbaycanın XİN başçısı iki ölkənin iqtisadi əməkdaşlığının hazırki səviyyəsindən razı olduğunu bildirib. Həmçinin o, iqtisadi əlaqələrin daha da genişlənməsində Azərbaycanın maraqlı olduğunu qeyd edib.

E.Məmmədyarov Azərbaycan-Almaniya biznes-forumunun İdarə heyəti şurasında da görüş keçirib. Azərbaycanın XİN başçısı həmçinin Almaniyanın qabaqcıl şirkət başçıları ilə də görüşüb.

Bununla da nazirin Almaniyaya rəsmi səfəri başa çatıb.

Xəbər lenti

Xəbər lenti