...

Azərbaycan neftinin qiymətləri: həftənin yekunu

Siyasət Materials 10 İyul 2006 13:05 (UTC +04:00)
Azərbaycan neftinin qiymətləri: həftənin yekunu

Ötən həftə iyulun 3-7-də Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanları vasitəsilə satdığı neftin AZERİ LT (CİF) növünün orta qiyməti $73,40/barel təşkil edib, bu isə ondan əvvəlki həftəyə nisbətən $2,17/barel çoxdur. Trend in verdiyi xəbərə görə, iyulun 3-7-də AZERİ LT neftinin maksimal qiyməti - $74,44/barel, minimal qiyməti isə - $72,68/barel təşkil edib.

İyulun 3-7-də Azərbaycanın Novorossiysk limanında satdığı neftin URAL (EX-NOVO) növünün orta qiyməti $67,25/barel təşkil edib, bu isə ondan əvvəlki həftəyə nisbətən $2,30/barel çoxdur. İyulun 3-7-də URAL neftinin maksimal qiyməti - $68,49/barel, minimal qiyməti isə - $66,31/barel təşkil edib.

Brent (DTD) etalon növünün iyulun 3-7-də orta qiyməti $73,33/barel təşkil edib, bu isə ondan əvvəlki həftəyə nisbətən $1,38/barel çoxdur. Ötən həftə Brent neftinin bir barelinin maksimal qiyməti - $74,22/barel, minimal qiyməti isə - $72,61/barel təşkil edib.

Azeri Light neftinin sıxlığı APİ üzrə 34,6 dərəcə, neftin tərkibində kükürdün miqdarı isə 0,14% təşkil edib. URAL-ın APİ üzrə sıxlığı 32 dərəcə, neftin tərkibində kükürdün miqdarı isə 1,3% təşkil edib, lakin satış zamanı neftin bu növünün xüsusiyyətləri tərkibindəki daha ( və ya daha az) keyfiyyətli neftlərin üstünlük təşkil etməsindən asılı olaraq dəyişir. DTD-nin sıxlığı APİ üzrə 38,3 dərəcə, neftin tərkibində kükürdün miqdarı isə 0,36% təşkil edib.

Xəbər lenti

Xəbər lenti