...

Bələdiyyə seçkilərilə bağlı seminar-müşavirələrə start verilib

Siyasət Materials 10 İyul 2006 15:16 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsi işinin davamı kimi bələdiyyə seçkilərinə dair seminar-müşavirələrə başlayıb. Bu barədə Trend ə MSK-nın mətbuat xidmətindən məlumat verilib.

2006-cı il oktyabrın 6-na təyin olunmuş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərə hazırlıqla bağlı iyul ayında zonalar üzrə seminar-müşavirələr keçiriləcək. Seminar-müşavirələrin qrafiki artıq təsdiq edilib. İyul ayının 13-dən etibarən MSK-nın üzvləri dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seminar-müşavirələr keçirmək üçün respublikamızın bölgələrinə yollanacaqlar. Seminar-müşavirələrdə 83 dairə seçki komissiyasının 581 üzvü, 847 məntəqə seçki komissiyasının isə 4235 üzvü iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti