...

Mixail Saakaşvili BTC layihəsi ilə bağlı mərasimdə iştirak etmək üçün iyulun 11-də Türkiyəyə yola düşəcək

Siyasət Materials 10 İyul 2006 16:17 (UTC +04:00)

Gürücstan prezidenti Mixail Saakaşvili BTC layihəsi ilə bağlı mərasimdə iştirak etmək üçün iyulun 11-də Türkiyəyə yola düşəcək. Gürcüstanın prezident administrasiyasından Trend in xüsusi müxbirinə verilən məlumata əsasən, təntənəli mərasimlərdə iştirak etməzdən əvvəl prezident Türkiyə rəhbərliyi ilə rəsmi görüşlər keçirəcək.

Bu görüşlər M.Saakaşvilinin Vaşinqton səfərində müzakirə edilib. Orada M.Saakaşvili Türkiyənin xarici işlər naziri Abdulla Güllə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında iqtisadiyyat və energetika sahələri də daxil olmaqla, əməkdaşlığın əsas aspektlərini, eləcə də Gürücstanın Avro-atlantik qurumlara inteqrasiyası məsələsini müzakirə edib.

Bundan əlavə, tərəflər iyulun 12-də İstanbulda Gürcüstanın prezidenti ilə Türkiyənin baş naziri, eləcə də hər iki ölkənin xarici işlər nazirləri arasında görüşün təşkili barədə razılıq əldə edib.

Türkiyəyə səfər zamanı Gürcüstan prezidenti azərbaycanlı və qazaxıstanlı həmkarları İlham Əliyev və Nursultan Nazarbayev ilə də görüşəcək. M.Saakaşvili ABŞ məmurları və beynəlxalq təşkilatların nümayəndələri ilə söhbət edəcək.

Görüşlər zamanı Gürücstan prezidenti enerji təhlükəsizliyi, Bakı-Tbilisi-Ərzurum kəmərinin istismara verilməsindən sonra əlavə qazın alınması məsələlərini müzakirə edəcək. Gürcüstan güzəştli qiymətlə təxminən 2 mlrd. kub mert qaz almaq istəyir.

Xəbər lenti

Xəbər lenti