...

Milli Məclisin sədri Rumıniyaya səfər edəcək

Siyasət Materials 10 İyul 2006 17:46 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov cari ilin payızında Rumıniyaya rəsmi səfər edəcək. Bu barədə Trend ə diplomatik mənbələrdən xəbər verilib.

Səfər zamanı Azərbaycan və Rumıniya qanunverici orqanları arasında, eləcə də beynəlxalq qurumlar çərçivəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmək planlaşdırılır. Qeyd edək ki, iyunda parlamentlərarası dostluq qrupunun Buxarestə səfəri təşkil edilmişdi.

Xəbər lenti

Xəbər lenti