...

MSK-nın tam formalaşdırılması bələdiyyə seçkilərindən əvvəl baş tutacaq

Siyasət Materials 11 İyul 2006 14:51 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının tərkibinin tam formalaşdırılması oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərindən əvvəl başa çatdırılacaq. Bu barədə Trend ə millət vəkili Fəzail Ağamalı məlumat verib.

O bildirib ki, seçki komissiyalarında boş qalmış yerlərə nümayəndələrin seçilməsi məsələsi Milli Məclisin payız sessiyasının oktyabrın 1-də keçiriləcək ilk iclasında müzakirəyə çıxarılacaq. F.Ağamalının sözləriən görə, həmin iclasda MSK-nın tam tərkibdə formalaşdırılması, yəni, parlamentdə azlıqda olan siyasi partiyaların nümayəndələrinin komissiyaya təyin olunması məsələsi həllini tapa bilər.

F.Ağamalı deyib ki, sədri olduğu Ana Vətən Partiyası da MSK-ya öz nümayəndəsini göndərmək niyyətindədir. Amma bu məsələ parlamentdə təmsil olunan partiyalar arasında razılaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti