...

Ermənistan Xarici İşlər Nazirliyi ATƏT-in işğal olunmuş Azərbaycan torpaqlarının məskunlaşdırılması üzrə faktaraşdırıcı missiyasının hesabatını xatırlamalıdır

Siyasət Materials 11 İyul 2006 15:50 (UTC +04:00)
Ermənistan Xarici İşlər Nazirliyi ATƏT-in işğal olunmuş Azərbaycan torpaqlarının məskunlaşdırılması üzrə faktaraşdırıcı missiyasının hesabatını xatırlamalıdır

Ermənistanın Xarici İşlər Nazirliyinin əməkdaşları ATƏT-in işğal olunmuş Azərbaycan torpaqlarının məskunlaşdırılması üzrə faktaraşdırıcı missiyasının hesabatını xatırlamalıdır. Bu barədə Trend ə Azərbaycan XİN-in Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə bildirib. Bu bəyanat Ermənistanın "Kavkaz" analitik mərkəzinin eksperti Manvel Sarkisyanın "Ermənistan və Dağlıq Qarabağ Respublikası Dağlıq Qarabağ ətrafındakı ərazilərin məskunlaşdırılması proqramını həyata keçirir" sözləri ilə bağlı Azərbaycan tərəfinin şərhinə Ermənistan XİN-in verdiyi cavabdır.

"ATƏT-in faktaraşdırıcı missiyasının işinin nəticələrinə gəldikdə, Ermənistan tərəfinə də məlum olduğu kimi, bu qurum Ermənistan hökumətinin bir sıra işğal olunmuş ərazilərdə məqsədyönlü məksunlaşdırma siyasəti yürütdüyü haqqında Azərbaycan hökumətində olan məlumatları qismən təsdiqləyib. Bu hərəkətlər beynəlxalq hüquq normaları, o cümlədən, münaqişə ilə bağlı Cenevrə konvensiyasının müddəaları və onun əlavələrinə, eləcə də beynəlxalq humanitar hüquqa ziddir. Faktaraşdırıcı missiyanın elan etdiyi faktlara nəzər salaq, bunlar da olub və Ermənistanlı həmkarlarımız bunu xatırlamalıdır" - deyə T.Tağızadə vurğulayıb.

O qeyd edib ki, ötən dəfə yalnız kiçik bir detalı şərh edib ki, o da erməni ekspertlərinin həmin proqramları Ermənistan büdcəsindən ayrılan vəsaitlər hesabına maliyyələşdirilməsini təsdiqləməsidir. "Buna görə əgər Ermənistan XİN-dən olan həmkarlarımız belə məlumatlarla beynəlxalq ictimaiyyəti XİN-in rəsmi siyasətinə cavab verməyə məcbur etmək istəyirsə, bu, onların hüququdur. Lakin mənim fikrimcə, bu, çox da səmərəli deyil" - deyə T.Tağızadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti