...

Dövlət əmlakının özəlləşdirmə prosesində 120 mindən çox SC yaradılıb

Siyasət Materials 12 İyul 2006 13:39 (UTC +04:00)
Dövlət əmlakının özəlləşdirmə prosesində 120 mindən çox SC yaradılıb

Bu gün Bakıda "Azərbaycanda özəlləşdirmənin 10 ili: naliyyətlər və perspektivlər" adlı forum keçirilib. Trend in verdiyi xəbərə görə, forumda əmlak üzrə dövlət komitəsinin başçısı Kərəm Həsənov bildirib ki, 10 il ərzində özəlləşdirmə çərçivəsində bu prosesi tənzimləyən 50-dən çox normativ-hüquqi akt qəbul olunub.

"10 il ərzində 35 mindən artıq kiçik müəssisə və obyekt xüsusi mülkiyyətə verilib. 1,5 mindən çox iri və orta müəssisə SC-yə çevrilib", - deyə o qeyd edib.

Onun sözlərinə görə, dövlət əmlakının özəlləşdirilmə prosesi zamanı 120 mindən artıq SC yaradılıb. "Özəlləşdirmə prosesində təxminən 300 min nəfər mülkiyyətçi olub. Bu proses nəticəsində 400 mindən artıq şəxs işlə təmin olunub. Hər halda, təxminən 1 milyon nəfər özəlləşdirmə prosesində qazanıb", - deyə o bildirib.

Yalnız özəlləşdirmədən investisiya müsabiqələri zamanı 230 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub. "Hazırda ÜDM-in təxminən 80%-i özəl sektorun payına düşür. 1996-cı ildən sonra 30-dan çox nazirlik, dövlət komitəsi, konsern, şirkət ləğv olunub və onların müəssisə və obyektləri özəlləşdirilmək üçün təqdim olunub", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti