...

Azərbaycan prezidenti "Azərbaycanda özəlləşdirmənin 10 ili: nailiyyətlər və perspektivlər" forumunun iştirakçılarına təbrik məktubu göndərib

Siyasət Materials 12 İyul 2006 14:11 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, iyulun 12-də Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycanda özəlləşdirmənin 10 ili: nailiyyətlər və perspektivlər" forumunun iştirakçılarına təbrik məktubu göndərib

"Azərbaycanda bazar iqtisadiyyatına keçid istiqamətində aparılan islahatlar arasında dövlət əmlakının özəlləşdirilməsi prosesi mühüm yer tutur və qısa müddət ərzində ölkədə böyük potensiala malik xüsusi mülkiyyət formalaşıb", - deyə məktubda deyilir.

"Yerli və xarici sahibkarlar üçün yaradılmış əlverişli investisiya mühiti iqtisadiyyatın bütün sahələrinə sərmiayə qoyuluşunu artırır, Azərbaycanın iqtisadi potensialının daha da güclənməsini təmin edir. Son 10 il ərzində ölkədə özəl bölmənin sürətli inkişafı onun ümumi daxili məhsulda xüsusi çəkisini 80%-ə yaxınlaşdırıb", - deyə məktubda qeyd olunur.

Dövlət başçısı əmin olduğunu vurğulayıb ki, özəl bölmənin inkişafı gələcəkdə də uğurla davam edəcək və Azərbaycan qısa müddət ərzində inkişaf etmiş ölkələrin sırasında öz layiqli yerini tutacaq.

Xəbər lenti

Xəbər lenti