...

Azərbaycan mərhum rejissor, görkəmli mədəniyyət işçisi Rasim Ocaqovla vidalaşır

Siyasət Materials 12 İyul 2006 14:45 (UTC +04:00)
Azərbaycan mərhum rejissor, görkəmli mədəniyyət işçisi Rasim Ocaqovla vidalaşır

İyulun 12-də Musiqili komediya teatrının binasında görkəmli kinorejissor Rasim Ocaqovla vida mərasimi keçirilib. Trend in məlumatına görə, mərhum R.Ocaqovla vidalaşmağa onun sənət dostları, yaxınları, mədəniyyət, incəsənət xadimləri, elm adamları, ziyalılar, rəsmi şəxslər gəliblər.

Səhnədə mərhumun cənazəsi ətrafında mədəniyyət, incəsənət xadimləri fəxri karaulda dayanıblar.

Rasim Ocaqovla vida mərasimində tanınmış mədəniyyət, incəsənət xadimləri çıxış edərək mərhum kinorejissor haqqında xatirələrini, təəssüratlarını bölüşüblər. Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev R.Ocaqovun həyat və yaradılığı haqqında danışıb, onun ömrünün 50 ilini Azərbaycan kinostudiyasına həsr etdiyini, operator kimi fəaliyyətə başlasa da, sonradan bir-birindən dəyərli filmləri ilə yaradıcılığını zəncinləşdirdiyini deyib.

"Azərbaycanfilm"Kinostudiyasının direktoru Xamis Muradov, birinci katibi Rasim Balayev, Yazıçılar Birliyinin sədri Anar, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, R.Ocaqovun ailə üzvləri adından kürəkəni Altay Həsənov çıxış edərək mərhum sənətkarın fəaliyyəti, yaradıcılığı, şəxsi keyfiyyətləri barədə fikirlərini söyləyiblər, onun əməyini, yaratdığı əsərləri yüksək dəyərləndiriblər.

Çıxışlardan sonra mərhumun ailə üzvləri onunla vidalaşıb və cənazə qaldırılıb. Vida mərasiminə gələnlər cənazəni müşaiyət edib, R.Ocaqovu son mənzilə yola salıblar. Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Xəbər lenti

Xəbər lenti