...

Türkiyə prezidenti: Ümid edirəm ki, tezliklə sülh, sabitlik və çiçəklənmə Cənubi Qafqazın simvolu olacaq

Siyasət Materials 13 İyul 2006 16:30 (UTC +04:00)
Türkiyə prezidenti: Ümid edirəm ki, tezliklə sülh, sabitlik və çiçəklənmə Cənubi Qafqazın simvolu olacaq

"Türkiyə Qafqaz xalqları ilə dərin tarixi köklərlə bağlıdır və mən ümid edirəm ki, tezliklə sülh, sabitlik və çiçəklənmə Cənubi Qafqazın simvolu olacaq. İnanıram ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri - Turkiyə, Azərbaycan və Gürcüstan əməkdaşlığının modeli kimi, bütün bölgənin çiçəklənməsinə səbəb olacaq". Trend in verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Əhməd Necdət Sezər iyulun 13-də Türkiyədə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Ceyhan terminalında (Heydər Əliyev adına) açılış mərasimində bəyan edib.

"Ceyhan limanı - Qərb və Şərq sivilizasiyalarının təmas yeri, Aralıq dənizinin parlamağa başlayan ulduzudur", - deyə Türkiyə başçısı qeyd edib və bildirib ki, "Əsrin müqaviləsi" layihəsinin həyata keçməsi ilə Türkiyə Avropa, Asiya və Afrika təmas mərkəzinin mühüm rolunu yenə də təsdiq etdi.

Sezərin sözlərinə görə, Türkiyə "dünyanın energetika xəritəsi"nin lap mərkəzində yerləşir, bu yerə Avrasiyanın əsas energetika yolları gəlir. "Rəsmi Ankara Asiya və Avropa arasında böyük energetika və nəqliyyat dəhlizlərinin yaradılmasını dəstəkləyərək, geostrateji mövqenin bütün mənfəətlərindən istifadə etməyə çalışır", - deyə Ə.N.Sezər bildirib və qeyd edib ki, Ceyhan terminalı energetika ticarətinin qlobal mərkəzinə çevriləcək. "BTC neft kəmərindən sonra Samsun-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi planlaşdırılır. Transxəzər qaz kəməri layihəsi üzərində işlər görülür. Şərq-Qərb energetika dəhlizinin reallaşmasına, o cümlədən NABUCCO qaz kəmərinin istismara verilməsinə xüsusi diqqət veriləcək. Nəticədə bütün bunlar bütün bölgənin iqtisadi inkişafında, həmçinin sabitlik və sülhün möhkəmlənməsində mühüm rol oynayacaq. Və nəticədə BTC layihəsinin əhəmiyyəti iqtisadi müstəvidən xeyli üstün olur. Ümid edirəm ki, BTC neft kəmərinin tikintisi zamanı şahidi olduğumuz əməkdaşlıq ruhu gələcəkdə də qorunacaq və yeni layihələrin həyata keçirilməsində yardımçı olacaq".

Sezərin sözlərinə görə, son 28 il ərzində bu terminal İraq nefti üçün "dünyaya darvaza" olub, indi isə terminalın əhəmiyyəti yüz qat artıb və Ceyhan limanı ən qısa zamanda qlobal əhəmiyyətli enerji mərkəzinə çevriləcək. Bununla belə, Türkiyə prezidenti Qazaxıstanın BTC layihəsində iştirak etmək istəyindən razı qaldığını bildirib. "Qazaxıstan nefti, Azərbaycanın enerji daşıyıcıları ilə yanaşı, Aralıq dənizi vasitəsilə dünya bazarlarına tədarük ediləcək. Bütün bunlar Şərq-Qərb energetika modelini möhkəmləndirməyə imkan verəcək", - deyə Türkiyə prezidenti qeyd edib.

Sonda Türkiyə prezidenti Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin fəaliyyətinə yüksək qiymət verib. Heydər Əliyevin səyləri nəticəsində bu layihənin reallaşması mümkün olub.

Xəbər lenti

Xəbər lenti