...

Nəqliyyat naziri: Azərbaycan infrastrukturun müasirləşdirilməsini davam etdirmək niyyətindədir

Siyasət Materials 13 İyul 2006 19:25 (UTC +04:00)
Nəqliyyat naziri: Azərbaycan infrastrukturun müasirləşdirilməsini davam etdirmək niyyətindədir

Bu gün Bakıda Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi tərəfindən "Uraltreyd" və "Dorteks-komplekt" şirkətlərindən alınmış 5 yeni lokomotivin rəsmi təqdimatı keçirilib. Trend xəbər verir ki, "Uraltreyd"dən 4, "Dorteks-komplekt"dan isə - 1 elektrovoz alınıb. Hər bir lokomotivin dəyəri 2 mln. AZN təşkil edib.

Mərasimdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, hazırda ehtiyatlarının 80%-ni tükəndirmiş lokomotiv parkının müasirləşdirilməsinə ehtiyac var.

"Dövlət gələcəkdə də yeni texniki vəsaitlərin alqısını və infrastrukturun müasirləşdirilməsini davam etdirmək niyyətindədir. Bunun üçün beynəlxalq maliyyə institutlarının vəsaitlərinin cəlb edilməsi də nəzərdə tutulub" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti