...

Konsul Q.Osmanov: "Oktyabrda Bakıda Sankt-Peterburq mədəniyyəti günləri və iqtisadi forum keçiriləcək"

Siyasət Materials 14 İyul 2006 13:58 (UTC +04:00)

2006-cı ildə Azərbycanda keçirilən Rusiya ili çərçivəsində oktyabr ayında Bakıda Sankt-Peterburq şəhərinin mədəniyyəti günləri keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov məlumat verib.

O bildirib ki, Sankt-Peterburq şəhərinin qubernatoru xanım Valentina Matviyenkonun rəhbərliyi ilə Bakıya nümayəndə heyəti gələcək. Nümayəndə heyətinin tərkibində Sankt-Peterburqun teatr ulduzları, mədəniyyət xadimləri də təmsil olunacaqlar.

Konsulun sözlərinə görə, Sankt-Peterburq şəhərinin qubernatoru ilə Azərbaycan dövləti arasında aparılan danışıqlar nəticəsində həm də Bakıda böyük iqtisadi forum keçirilməsi qərara alınıb. Forumda Sankt-Peterburqun və Azərbaycanın iş adamları arasında görüş keçiriləcək, danışıqlar aparılacaq. İqtisadi forum oktyabr ayının birinci yarısında olacaq.

Konsul onu da bildirib ki, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar, o cümlədən ötən gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyədə təntənəli açılış mərasiminin keçirilməsi Sankt-Peterburqda yaşayan azərbaycanlılar tərəfindən də bayram kimi qeyd olunur. Qüdsi Osmanovun sözlərinə görə, fəal soydaşlarımız təntənəli tədbir keçirəcək: "Tədbirlərin təşkili ilə bağlı şəhər administrasiyası məşğul olur. Sankt-Peterburqda yaşayan azərbaycanlılar çox böyük sevinc hissi keçirirlər ki, Heydər Əliyevin əsasını qoyduğu böyük layihələr bu gün reallaşır, dövlətimizin, xalqımızın maraqlarına, ölkəmizin nüfuzunun artmasına yönəlir. Beynəlxalq aləmdə ən böyük layihələrdən olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi, bu böyük mifin nəhayət reallaşması, həyata keçməsi Rusiyadakı Azərbaycan disaporunun da sevincinə səbəb olub"-deyə konsul vurğulayıb.

Xəbər lenti

Xəbər lenti