...

Azərbaycan "UAZ" markalı avtomobillərin buraxılışını dayandırıb

Siyasət Materials 15 İyul 2006 12:40 (UTC +04:00)
Azərbaycan "UAZ" markalı avtomobillərin buraxılışını dayandırıb

Gəncə avtomobil zavodu "UAZ" markalı avtomobillərin buraxılışını dayandırıb. Bu barədə Trend ə müəssisənin başçısı Xanlar Fətiyev bildirib. "Biz Azərbaycanda keyfiyyətsiz məhsul buraxa bilmərik", - deyə o qeyd edib.

Gəncə zavodunun "UAZ"la işdən imtina etməsinin səbəbi - keyfiyyətsiz ehtiyat hissələri, tədarükün vaxtında edilməməsi, natamam ehtiyat hissələridir. Hazırda zavodun anbarlarında istehsalat üçün yararsız olan böyük miqdarda ehtiyat hissələri var.

Bundan başqa, Rusiya ərazisində iyulun 1-dən "Avro-2" standartlarına uyğun olmayan avtomobillərin satışına qadağa qoyulub. Beləliklə, Rusiya bu avtomobilləri xaricdə satacaq, bu isə Azərbaycanı qane etmir. "Oka" markalı avtomobillərin quraşdırılması da bu səbəblərdən dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti