...

Milli Məclisin bir qrup üzvü iyulun 23-də Gürcüstana gedəcək

Siyasət Materials 17 İyul 2006 16:37 (UTC +04:00)

Milli Məclisin bir qrup üzvü iyulun 24-26-da Gürcüstanda keçiriləcək "İnandığımız demokratiya" adlı konfransda iştirak edəcək. Bu barədə Trend ə millət vəkili Fuad Muradov bildirib.

F.Muradov qeyd edib ki, tədbir Gürcüstanın hakim Milli Hərəkat Partiyası tərəfindən təşkil edilib. Millət vəkili onu da bildirib ki, 11 dövlətin hər birindən 4 nümayəndənin iştirak edəcəyi tədbirdə demokratiya ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək. Azərbaycan nümayəndə heyəti müzakirə olunacaq məsələlərlə bağlı öz fikirlərini bildirəcəklər.

Onu da bildirək ki, Azərbaycan nümayəndə heyətinə Fuad Muradov, Qənirə Paşayeva, Rauf Əliyev və Eyvaz Qurbanov dixildirlər. Millət vəkilləri iyulun 23-də Tbilisiyə yola düşəcək.

F.Muradov onu da bildirib ki, konfransdan sonra Azərbaycan nümayəndə heyəti Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə tanış olmaq məqsədilə onların kompakt yaşadığı yerlərdə olacaqlar.

Xəbər lenti

Xəbər lenti