...

Mahir Cavadov həbs olunmayıb

Siyasət Materials 20 İyul 2006 16:16 (UTC +04:00)

Mahir Cavadovun Almaniyada həbs olunması ilə əlaqədar kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar həqiqətəuyğun deyil. Bu barədə Trend ə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan məlumat verilib.

Bildirilib ki, Mahir Cavadov İnterpol xətti ilə axtarışdadır. Lakin yaxın günlərdə onun həbs olunması ilə əlaqədar Almaniyada heç bir əməliyyat tədbiri həyata keçirilməyib.

Qeyd edək ki, Trend agentliyi "Mediaforum" saytına istinadən M.Cavadovun Almaniyada həbs olunması barədə məlumat yaymışdı.

Xəbər lenti

Xəbər lenti