...

Novella Cəfəroğlu: "Hüquq müdafiəçiləri istəyirlər ki, müxalifət müşahidəçiləri də seçkiləri izləsin"

Siyasət Materials 24 İyul 2006 17:00 (UTC +04:00)

Azad Seçki Məşvərət Şurası oktyabrın 6-da bələdiyyələrdə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərdə monitorinq aparacaq. Bu barədə Trend ə adıçəkilən şuranın üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

N.Cəfəroğlu onu da qeyd edib ki, Məşvərət Şurasında 47 QHT təmsil olunur: "Monitorinqə çoxdan hazırlaşırıq və prosesi sonadək həyata keçirəcəyik". N.Cəfəroğlu təkrar bələdiyyə seçilərini baykot edən bəzi müxalifət partiyalarını da qınayıb. Bildirib ki, onlar seçkilərin necə keçirildiyinə qiymət verməkdə çətinlik çəkəcəklər: "Biz istərdik ki, müxalifət də seçki prosesini müşahidə etsin".

"Seçkilərdə iştirak etməyən və müşahidə aparmayan müxalifətin proses bitdikdən sonra qiymət verməsini qəbul etmək olarmı" sualımızı cavablandıran hüquq müdafiəçisi bildirib: "Onlar yalnız bizim müşahidələrimizin nəticələrinə əsasən çıxışlar edirlər".

Xəbər lenti

Xəbər lenti