...

YAP-ın 1520 namizədi qeydə alınıb

Siyasət Materials 25 İyul 2006 17:20 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) oktyabrın 6-da bələdiyyələrə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərdə 1520 namizədi qeyd alınıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Onu da bildirək ki, təkrar bələdiyyə seçkilərində iştirak etməklə bağlı YAP tərəfindən 2000 yaxın şəxs namizədliyini irəli sürüb. Prosesə fərdi qaydada qatılan partiya üzvləri də var.

A.Sarıyev bildirib ki, hələlik namizədlərin qeydə alınması prosesində YAP irəlidədir. Namizədliyi qeydə alınan bitərəflərin sayı 1327-dir. Daha sonra isə sıralama belədir: Ana Vətən Partiyası -18, AXCP -17, AMİP -14, BAXCP - 12, Sosial Rifah Partiyası - 11, Müsavat - 11, Böyük Quruluş - 11, Ümid - 8, Demokratik İslahatlar Partiyası - 6, Ədalət Partiyası - 5, Vətəndaş Birliyi Partiyası - 5, ADP və Kommunist Partiyasının hər birinin isə 4 namizədi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti