...

Azərbaycan prezidenti Miqrasiya üzrə Dövlət Proqramını təsdiqləyib

Siyasət Materials 25 İyul 2006 18:24 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev Miqrasiya üzrə Dövlət Proqramını (2006-2008-ci illər) təsdiqləyib.

Ölkədə dövlət miqrasiya siyasətini həyata keçirmək, bu sahədə qanunvericiliyi təkmilləşdirmək, qanunların tədbiqində yol verilmiş qüsurları aradan qaldırmaq, milli təhlükəsizliyi, sosial-iqtisadi sabitliyi və demoqrafiq inkişafı təmin etmək, eləcə də əmək ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə dövlət başçısı bu sahədə Dövlət Proqramını təsdiqləmək qərarına gəlib. Nazirlər Kabinetinə proqramın icrasına nəzarət etmək tapşırılıb.

Sənəddə həmçinin deyilir ki, hökumətə miqrasiya sahəsində dövlət qurumunun yaradılması haqqında təkliflər hazırlayaraq bir ay müddətində prezidentə təqdim etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti