...

Ceyms Qoqqin: USAID Azərbaycan parlamenti ilə sıx əməkdaşlıq etmək niyyətindədir

Siyasət Materials 26 İyul 2006 12:30 (UTC +04:00)

2007-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAID) Azərbaycan parlamenti ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Bu barədə Trend ə eksklüziv olaraq USAİD-in Azərbaycan üzrə əlaqələndiricisi Ceyms Qoqqin məlumat verib.

Onun sözlərinə görə, USAID-ə parlamentin sistemini öyrənmək və treninqlərin təşkilində kömək etmək təklif edilib. Bu proqramda məqsəd ölkə hökuməti tərəfindən siyasi kursun formalaşdırılması və həyata keçirilməsində parlamentin iştirakını fəallaşdırmaqdan ibarətdir.

O xatırladıb ki, USAID beynəlxalq təşkilatı Azərbaycanda bu sahələrdə fəaliyyət göstərir: iqtisadiyyat, demokratikləşmə, vətəndaş cəmiyyəti və səhiyyə. Məktəblilərlə iş Azərbaycan Gənclərinin Nailiyyətləri Təşkilatı ilə birgə gerçəkləşdirilən əsas iqtisadi proqramdır.

Əlaqələndirici onu da vurğulayıb ki, təşkilat əsasən, Maliyyə, İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, o cümlədən Milli Bankla işləyir.

Xəbər lenti

Xəbər lenti