...

Saxta sənədlə qaçqın statusu alan İİR vətəndaşı yaxalanaraq MTN-ə təhvil verilib

Siyasət Materials 26 İyul 2006 17:14 (UTC +04:00)

Azərbaycanda saxta sənədlə qaçqın statusu almış İran İslam Respublikasının vətəndaşı 1961-ci il təvəllüdlü Hüseyn Fəttahi Cavad Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə Trend ə Əzizbəyov rayon prokurorluğundan məlumat verilib.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2 (sənədlərin saxtalaşdırılması) maddəsi ilə cinayət işi başlanıb və İİR vətəndaşının hansı məqsədlə saxta sənədlə qaçqın statusu almasının araşdırılması üçün iş materialları Təhlükəsizlik Nazirliyinə göndərilib.

Araşdırma zamanı məlum olub ki, 1961-ci il təvəllüdlü Hüseyn Fəttahi İİR-dən Azərbaycana bir müddət əvvəl gəlib. O, Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin qaçqın statusunun müəyyənləşdirilməsi departamentinə saxta sənədlər, o cümlədən adı və soyadı Nasir Əhməd Paydar kimi qeyd olunmuş pasport təqdim edib.

Xəbər lenti

Xəbər lenti