...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsillə əlaqədər muüşavirə keçirilib

Siyasət Materials 27 İyul 2006 13:32 (UTC +04:00)

Naxçıvan MR Ali Məclisində 2006-07 il tədris ili üçün ali məktəblərə qəbul imtahanlara hazırlıq ilə əlaqədər müşavirə keçirilib. Bu il Muxtar Respublikasında ali məktəblərə sənəd verənlər 4 min 96 nəfərdir. H. Əliev adına hərbi litseyi bitirən 191 kursant ali hərbi məktəblərə qəbul olub . Bu il Muxtar Respublika üzrə 5 min 200 nəfər orta məktəbi bitirib, onlardan 2 min 915 nəfəri ali məktəblərə sənəd verib. 1976 nəfər qabiliyyət imtahanlarında iştirak edib.

Müşavirədə qeyd olunub ki , iyulun 29-da Naxçıvan Dövlət Universitetində 888 nəfər, Naxçıvan Tibb Məktəbində 434 nəfər, Naxçıvan şəhər 8 saylı məktəbdə 288 nəfər birinci qrup, avqustun 3-də isə Naxçıvan Dövlət Universitetində 654 nəfər , Naxçıvan Tibb Məktəbində 454 nəfər, şəhər 4 saylı məktəbində isə 480 nəfər ikinci qrup üzrə imtahan verəcək. Müşavirədə Ali Məclisin sədri V.Talıbov ali məktəblərə qəbul imtahanlarına hazırlıqla bağlı ayrı-ayrı nazirliklərin, komitələrin, baş idarələrin rəhbərlərinə, şəhər icra hakimiyyətinin başçısına, Dövlət Universitetinin rektoruna konkret tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti