...

Azərbaycan prezidenti BMT ÜƏP-ın icraçı direktorunu qəbul edib

Siyasət Materials 27 İyul 2006 18:23 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, iyulun 27-də Azərbaycan prezidenti İlham Əliyev BMT Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Ceyms Morrisı qəbul edib.

Dövlət başçısı ölkənin iqtisadi inkişafı haqqında danışaraq deyib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və bir milyondan sox qaçqın və məcburi köçkünün olması amili respublikanın əsas problemidir.

Prezident qonağı Azərbaycan hökuməti tərəfindən qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış addımlar haqqında məlumatlandırıb və ÜƏP rəhbərliyinə bu kateqoriyadan olan şəxslərə göstərilən yardıma görə təşəkkür edib.

İ.Əliyev təşkilatla əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirib.

C.Morris təşkilatla Azərbaycan hökuməti arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Qonaq rəhbərlik etdiyi təşkilatla Azərbaycan hökuməti arasındakı əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti