...

İsrailin Bakıdakı səfirliyinin mühafizəsi gücləndirilib

Siyasət Materials 28 İyul 2006 14:10 (UTC +04:00)

[RH] VNEŞNƏƏ POLİTİKA - zakrıto

İsrailin Bakıdakı səfirliyinin mühafizəsi gücləndirilib

Bir neçə gündür ki, İsrailin Azərbaycanda fəaliyyət göstərən və paytaxtda yerləşən səfirliyinin binasının və səfirlikətrafı ərazinin mühafizəsi gücləndirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru Ehsan Zahidov məlumat verib.

"Paytaxtda yerələşən səfirlik və nümayəndəliklərin binaları strateji obyektlər hesab edildiyi üçün həmişə güclü şəkildə mühafizə olunur. Lakin son günlər Livan-İsrail münaqişəsinin yenidən gündəmə gəlməsi ilə əlaqədar olaraq həmin səfirliyin mühafizəsi daha da gücləndirilib və səfirliyin ərazisinə əlavə mühafizə qüvvəsi yerləşdirilib" - deyə E.Zahidov söyləyib.

Xəbər lenti

Xəbər lenti