...

Baş redaktora qarşı qanunsuz silah-sursat saxlanmasına dair cinayət işi başlanıb

Siyasət Materials 31 İyul 2006 16:15 (UTC +04:00)

Gəncədə nəşr olunan "Hüquqi yol" qəzetinin baş redaktoru Mirzə Bağırov barədə cinayət işi başlanıb. Bu barədə Trend ə Gəncə şəhər prokurorunun köməkçisi Ələsgər Hacıyev məlumat verib.

Baş redaktor Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə (qanunsuz silah saxlama) təqsirli bilinərək həbsə alınıb.

M.Bağırovun yaşadığı mənzildə silah-sursat saxlanması barədə məlumat daxil olduqdan sonra mənzilə baxış keçirilib. Nəticədə mənzildən 1 ədəd F-1 əl qumbarası, 72 ədəd avtomat gülləsi, bir ədəd avtomat darağı, əldəqayırma silah, qoşalülə ov silahının kəsiu forması aşkar edilib. Mənzildən həmçinin kustan üsulla araq bağlamaq üçün alətlər də aşkar edilib.

Baş redaktor silah-sursatı hansı mənbədən əldə etməsi barədə istintaqa məlumat verməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti