...

Azadlıq Partiyası bələdiyyə seçkilərində iştirak etmir

Siyasət Materials 4 Avqust 2006 16:22 (UTC +04:00)

"Azadlıq Partiyası bələdiyyə seçkilərində partiya kimi iştirak etmir". Bu barədə Trend ə partiyanın sədri Əhməd Oruc məlumat verib.

O bildirib ki, Azadlıq Partiyası bələdiyyə seçkilərində iştirak etməmək qərarı versə də, partiya üzvlərinə fərdi şəkildə seçkiyə qatılmalarına qadağa qoyulmayıb. Partiyanın bəzi üzvləri də seçkidə bitərəf kimi iştirak edirlər. Əhməd Orucun sözlərinə görə, partiyası seçkilərə qatılmağın əhəmiyyətsiz olduğu qənaətindədir: "Bu seçkilərdə yerli icra hakimiyyətləri bələdiyyələri təyin edir. Ona görə də partiya kimi bu seçkiyə qatılmağımız etik prinsiplərə ziddir. Hamının əvvəldən bildiyi nəticələri qəbul edib seçkiyə qatılmağın mənası yoxdur. Bəzi müxalifət partiyalarının bu seçkidə iştirakını təqdir etmirəm. Ümumiyyələ, müxalifətin bu seçkidə yer qazanacağına inanmıram".

Partiya sədri qeyd edib ki, müxalifət düşərgəsinin seçkilərdə iştirakının heç bir perspektivi yoxdur. Ə.Orucun sözlərinə görə, ötən ilki parlament seçkisindən sonra müxalifətin imkanları və uğur qzanma ehtimalları ilə əlaqədar vəziyyət daha da pisləşib.

Xəbər lenti

Xəbər lenti