...

"Yeni Fikir" Gənclər Hərəkatının sədr müavini Britaniya səfirinin müşaviri ilə görüşüb

Siyasət Materials 5 Avqust 2006 11:50 (UTC +04:00)

"Yeni Fikir" Gənclər Hərəkatının sədr müavini Səid Nuriyev Böyük Britaniyanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Deklan Bönlə görüşüb. Bu barədə Trend ə "Yeni Fikir" təşkilatından məlumat verilib.

Görüşdə "Yeni Fikir"çilər barədə çıxarılmış məhkəmə hökmü, gənclər təşkilatının sədri Ruslan Bəşirlinin və müavini Səid Nuriyevin səhhətində yaranmış problemlər müzakirə mövzusu olub.

D.Bön S.Nuriyevin müalicəsi ilə maraqlanıb. S.Nuriyev öz növbəsində bildirib ki, onun xaricdə müalicə olunmasına böyük ehtiyac var. Bu haqda o, Ədliyyə Nazirliyinə müraciət etsə də, nazirlik hələlik bir cavab verilməyib. Britaniya səfirinin müşaviri qeyd edib ki, bu məsələ onların diqqətindədir və S.Nuriyevin müalicəsi üçün köməklik göstərməyə çalışacaqlar.

Xəbər lenti

Xəbər lenti