...

Rumıniya prezidenti bu ilin oktyabrında Azərbaycana rəsmi səfərə gələcək

Siyasət Materials 7 Avqust 2006 15:40 (UTC +04:00)

Rumıniya prezidenti Trayan Basesku bu ilin oktyabrında Azərbaycana rəsmi səfərə gələcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın Rumıniyadakı səfir Eldar Həsənov məlumat verib.

O bildirib ki, səfər ərəfəsində ölkələrarası komissiyanın iclası olacaq. Həmçinin hər iki ölkənin xarici işlər nazirləri prezident T.Baseskunun səfərini müzakirə edəcəklər. Səfir Eldar Həsənovun sözlərinə görə, Azərbaycan və Rumıniya arasında mədəniyyət, iqtisadiyyat, banklararası əlaqələr, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıqlar var.

Xəbər lenti

Xəbər lenti