...

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun İsveç səfəri başa çatdı

Siyasət Materials 9 Avqust 2006 12:24 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 9-da İsveçdən vətənə qayıdır.

Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən xəbərə görə, avqustun 8-də Elmar Məmmədyarov İsveçin dövlət katibi, sənaye və ticarət nazirinin müavini Sven Erik Sederlə görüşüb. Danışıqlar İsveçin Ticarət şurasında və Rusiya-İsveç ticarət palatasında keçirilib.

Azərbaycanın XİN başçısı həmçinin ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, İsveç parlamentinin üzvü xanım Ton Finskardla da görüşüb.

Nazir ATƏT-in Parlament assambleyasının prezidenti, Dağlıq Qarabağ münaqişəsi üzrə təşkilatın xüsusi nümayəndəsi Qoran Lenmarkerlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin problemini müzakirə edib.

Xəbər lenti

Xəbər lenti