...

Aydın Mirzəzadə: "Nardaranda bələdiyyə seçkilərinin baş tutmayacağı faciə deyil"

Siyasət Materials 10 Avqust 2006 13:14 (UTC +04:00)

Oktybarın 6-da təkrar, əlavə və yeni bələdiyyələrə keçiriləcək seçkilərin Nardaran kəndində baş tutmayacağı faciə deyil. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Qeyd edək ki, 1999-cu ildən bəri Nardaranda bələdiyyə seçkiləri baş tutmur. Oktyabrın 6-da da keçirilməsi planlaşdırılan bələdiyyə seçkiləri Nadaranda bu dəfə də baş tutmayacaq. Çünki qəsəbədə bələdiyyə üzvlüyünə 11 nəfər seçilməlidir. Ancaq 11 nəfər namizədliyini irəli sürüb və qeydə alınıb. Seçki Məcəlləsinə görə, alternativlik təmin olunmayan dairədə seçki keçirmək olmaz.

Millət vəkili onu da qeyd edib ki, bu çox xoşagəlməz haldır: "1999-cü ildə Naradaranda parlament seçkiləri boykot edilib. Bu il isə qəsəbədə bələdiyyə seçkilərinin keçirilməsi arzusunda olunub. Düzdür Seçki Məclləsinin müəyyən qaydasına görə burada seçkilərin keçirilməsi mümkün olmayacaq. Amma görünür ki, hər şey artıq 1999-cu ildəki kimi deyil. Digər tərəfdən bələdiyyə yerli özünü idarəetmə orqanıdır. Ancaq bütün yaşayış məntəqələrində bələdiyyənin olması vacib şərt kimi göstərilmir. Əhali istərsə onun bələdiyyəsi olar. Mümkündür ki, bir neçə yaxın yaşayış məntəqəsi birləşib vahid bir bələdiyyə formalaşdırsın".

Millət vəkili onu da qeyd edib ki, 1999-cü ildə bələdiyyələrin sayı 2004-cü ilə nisbətən iki dəfə çox idi. Sonradan xırda bələdiyyələrdən çox böyük bələdiyyələrin yaradılmasına maraq artdı: "Bu baxımdan ola bilsin ki, Nardaran əhalisi bələdiyyənin həll edəcəyi məsələləri digər yollarla, məsələn, kənd ağsaqqallarının nüfuzu, yerli icmanın özü, sakinlərin icra hakimiyyəti ilə əlaqələrinin qurulması yolu ilə həll edəcəklər. Bu onların hüququdur".

A.Mirzəzadə onu da bildirib ki, oktyabrın 6-da bəzi ünvanlarda keçiriləcək bələdiyyə sekilərinin Nardaranda baş tutmayacağı faciə deyil: "Onlar bələdiyyə yaratmaq istəyərlərsə, bu barədə MSK-ya müraciət edib əlavə seçkilərin keçirilməsini xahiş edə bilərlər".

Xəbər lenti

Xəbər lenti