...

"İnterpol"un Azərbaycan büosu tərəfindən beynəlxalq axtarışda olan 13 cinayətkarın yeri müəyyən edilib

Siyasət Materials 12 Avqust 2006 13:35 (UTC +04:00)

"İnterpol"un Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 13 nəfərin yeri müəyyənləşib. Bu barədə Trend ə "İnterpol"un Azərbaycandakı Milli Mərkəzi Bürosundan məlumat verilib.

Məlum olub ki, Azərbaycanda cinayət törətmiş və istintaq orqanından yayınmış həmin şəxslərdən 1-i Yaponiyada, 1-i Sinqapurda, 1-i İran İslam Respublikasında, 1-i Birləşmiş Ərəb Əmirliklərində, 1-i Rusiya Federasiyasında, 1-i Ukraynada gizlənir.

Yeri müəyyən edilmiş bu şəxslərin tutularaq Azərbaycana ekstradisiya olunması ilə əlaqədar tədbirlər görülür.

Xarici ölkələrdə axtarışda olan 10 nəfər təqsirləndirilən şəxsin isə yeri "İnterpol"un Azərbaycandakı Milli Bürosu tərəfindən Azərbaycanda müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti