...

Gəncədə memorial kompleksin eskizi hazırlanır

Siyasət Materials 15 Avqust 2006 17:08 (UTC +04:00)

"İyirminci əsrin əsgəri" memorial kompleksinin eskizi artıq hazırdır. Bu barədə məlumatı Gəncə şəhərinin baş rəssamı Şərif Şərifov verib. Onun sözlərinə görə, hazırda layihə üzərində işlər aparılır və bu yaxınlarda layihə şəhər şurasının iclasında müzakirəyə çıxarılacaq.

Şərifov onu da əlavə edib ki, Gəncə-Bakı magistral yolunda, "Qərb Qapıları" olan yerdə ucaldılacaq abidənin hündürlüyü 12,5 metr olacaq və xalis bürüncdən hazırlanacaq. Şərifovun bildirdiyinə görə, "XVIII əsrin əsgəri" memorial kompleksinin arxa hissəsində Gəncə Qalasını qoruyan əsgərlərin qəhrəmanlıqları haqqında simvolik lövhə vurulacaq.

Xəbər lenti

Xəbər lenti