...

Prezident sərhəd xidmətinin hərbi qulluqçularını orden və medallarla təltif edib

Siyasət Materials 15 Avqust 2006 21:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuların mükafatlanladırılması haqqında sərəncam imzalayıb. Trend agentliyinin məlumatına əsasən, xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə bir sıra hərbi qulluqçular mükafatlandırılıb.

General-leytenant İnayət Xəlilov və general-mayor Məmməd Abbasquliyev "Vətənə xidmətə görə" ordeni, mayor İbrahim Ələsgərov "Vətən uğrunda" medalı, 37 qulluqçu isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti