...

Deloitte Azərbaycanda EİTİ hesabatı üzrə müstəqil rəy təqdim edib

Siyasət Materials 18 Avqust 2006 16:32 (UTC +04:00)
Deloitte Azərbaycanda EİTİ hesabatı üzrə müstəqil rəy təqdim edib

Deloitte auditor şirkəti 2005-ci ilin yekunlarına görə hasilat sahəsində şəffaflıq təşəbbüsü (EİTİ) çərçivəsində təqdim edilmiş hesabat üzrə müstəqil rəy təqdim edib. Trend xəbər verir ki, hökümətin məlumatlarına görə, 2005-ci ildə şirkətlər dövlətə 14,3 mln. barel neft verib. Şirkətlərin özünün məlumatlarına görə isə, bu göstərici 13,1 mln. barel təşkil edib.

Auditorun rəyində qeyd olunduğu kimi, şirkətlərin hesabatında göstərilməyən 1,4 mln. barel neft qarşılıqlı anlaşma haqqında memorandumu imzalamamış şirkətlər tərəfindən dövlətə verilib. 0,2 mln. barel şirkətlərin hesabatında səhvən göstərilib və iki hasilat şirkəti tərəfindən Azərbaycanın Dövlət Neft Şirkətinə gəlir nefti qismində verilən həcm kimi hesablanıb.

Verilmiş qazın həcmi dövlət tərəfindən 1 mlrd. 919 mln. 709 min kub metr göstərilib. Bu göstərici şirkətlərin hesabatında 1 mlrd. 779 mln. 652 min kub metr həcmində göstərilib. Memorandumun iştirakçısı olan şirkətlərin birinin verdiyi 109,179 mln. kub metr qaza görə dövlətin göstərdiyi həcm fərqlidir. Şirkətlərin hesabatında həmçinin şirkətlərdən birinin verdiyi 21,371 mln. kub metr qaz da öz əksini tapmayıb. Həmçinin memoranduma qoşulmuş şirkətlərdən birinin verdiyi 3,077 mln. kub metr qaz da əks olunmayıb. Deloitte şirkətinin rəyində qeyd olunub ki, dövlət də yerli şirkətlərin birinin verdiyi 6,43 mln. kub metr qazı göstərib.

Nəqldən əldə olunmuş vəsaitlər dövlət tərəfindən 16,6 mln. ABŞ dolları həcmində göstərilib, şirkətlərin hesabatında isə bu göstərici 12,9 mln. ABŞ dollarına bərabərdir. Dövlət öz hesabatında 0,2 mln. ABŞ dolları məbləğini göstərməyib. Bu həcm auditor tərəfindən təsdiq edilib. Auditorun fikrincə, bu göstərici Dövlət Neft Şirkətinin kommersiya fəaliyyətinin bir hissəsi olduğuna və memorandumun şərtləri altına düşmədiyinə görə göstərilməyib. Həmçinin hökümətin hesabatında şirkətlər tərəfindən 2004-cü ildə ödənilmiş tranzit ödənişlər üzrə vəsaitlər əks olunub. Dövlətin göstərdiyi 2,7 mln. ABŞ dolları memoranduma qoşulmamış şirkətlər tərəfindən dövlətə verilib. Şirkətlərin göstərdiyi 0,2 mln. ABŞ dolları həcmində nəqliyyat rüsumları yuvarlaqlaşdırılma zamanı əmələ gələn fərq kimi izah olunur.

Deloitte şirkətinin rəyində qeyd olunub ki, komissiyanın EİTİ üzrə təqdim etdiyi, memorandumun iştirakçısı olan iki şirkətin dövlətə 50 mln. ABŞ dolları verdiyinin qeyd olunduğu ilkin məlumatlara baxmayaraq, dövlətin ümumi hesabatının tərtib olunması zamanı onlar göstərilməyib və hesabat səhv hazırlanıb. Sonradan hesabatda dəyişikliklər edilib.

İanə bonusları dövlət tərəfindən 1 mln. ABŞ dolları həcmində göstərilib. Şirkətlərin hesabatında bu göstərici sıfıra bərabərdir. Bu vəsaitlər memoranduma qoşulmamış şirkətlər tərəfindən verilib.

Dövlətin yerli şirkətlərin hasilatında payı haqqında məlumatlara görə, şirkətlərin hesabatında 1 mln. barel göstərilib, dövlətin hesabatında isə bu göstərici 0 kimi qeyd olunub. Bu həcm Azərbaycanın Dövlət Neft Şirkəti tərəfindən əldə olunub və EİTİ hesabatında əks olunmayan şirkətin kommersiya fəaliyyətidir.

Dövlətin hesabatında yerli şirkətlərdə hasilat payı çərçivəsində əldə edilmiş qaz 0 həcmdə göstərilib, şirkətlərin hesabatında isə bu göstərici 6,43 mln. kub metrə bərabərdir. Bu qaz yerli şirkətə məxsusdur, lakin hesabatda Azərbaycanın xarici şirkətlər tərəfindən həyata keçirilən hasilatda iştirak payından aldığı qaz kimi göstərilib.

Dövlətin hesabatına görə gəlir üzrə vergi qismində 46,9 mlrd. AZM alınıb. Bu göstərici şirkətlərin hesabatında 43,4 mlrd. AZM həcmində göstərilib. Hesabatda yerli şirkətlərdən birinin 2005-ci ildə ödədiyi gəlir üzrə verginin məbləği göstərildiyindən, 3,5 mlrd. AZM fərq yaranıb. Şirkət hesabatda 2005-ci il ərzində ödənilmiş 2004-cü ilin gəlir üzrə vergilərini göstərib.

Vergi ödəmələrindən əldə olunmuş qalan vəsait dövlət tərəfindən 400,3 mlrd. AZM həcmində göstərilib. Şirkət isə bunu 400,5 mlrd. AZM göstərib. 02, mlrd. AZM fərq şirkətin hesabatında aparılmış yuvarlaqlaşdırılmanın nəticəsidir.

Deloitte şirkətinin rəyinə görə, 2005-ci il üzrə EİTİ hesabatı qeyd olunmuş tələblərə müvafiq olaraq tərtib olunub və bütün vəziyyətlərdə düzgün əks olunub.

Xəbər lenti

Xəbər lenti