...

Vladimir Pronin: Çerkizov bazarında partlayış törətmiş şəxslər bundan əvvəl Moskvada və vilayətlərdə daha 8 partlayış törədib

Siyasət Materials 28 Avqust 2006 20:00 (UTC +04:00)

"Bu şəxslər daha 8 partlayışın baş verməsində də günahkardır. Bundan əvvəl onlar paytaxtın şimal-şərqində bir azərbaycanlının qarajını partladıb. Ümumiyyətlə, , Moskva MCMİ-də təxminən 10 milliyyətçi təşkilat qeydiyyatdadır və biz müntəzəm olaraq vəziyyətə nəzarət edirik". Bu barədə Moskva şəhər BDİİ rəisi Vladimir Pronin Moskva gününün bayram edilməsi zamanı təhlükəsizliyin təmin edilməsi mövzusuna həsr olunmuş mətbuat konfransında çıxış edib. Trend in Moskvadakı xüsusi müxbirinin "etnik cinayətkarlıq" anlayışının şişirdilməsi ilə bağlı sualını cavablandıran V.Pronin bildirib ki, milis milliyyətindən asılı olmayaraq hamını qorumalıdır. "Bizim zərərçəkənləri millətlərə bölmək hüuququmuz yoxdur. İstənilən millətdən olan cinayətkar adekvat cəza almalıdır. Moskva - artıq slavyan deyil, çoxmillətli və çoxdinli şəhərdir və milis hər şeyə və hamıya obyektiv münasibət göstərməlidir", - deyə Pronin qeyd edib.

Milis tərəfindən canilərə qarşı nə dərəcədə səmərəli mübarizə aparılması ilə bağlı suala gəlincə, o vurğulayıb ki, milisdə 120 min nəfər işləyir, yəni onların sayı prokurorluqda və FTX-də çalışanlardan çox, əmək haqları isə aşağıdır. "Moskvalılar bizə müraciət etmir və buna görə də biz regionlardan dəvət edirik. Milisə onun qazanmalı olduğu məbləği ödəmək lazımdır. Çünki bizim peşəmiz ən təhlükəli peşədir. Sistem daxilində intizam yaratmaq mənim başlıca vəzifəmdir. Ancaq milis sosial cəhətdən müdafiə olunmalıdır. Açıq desək, milisdə rüşvətxorlar deyil, cibgirlər çalışır. Rüşvətxorlar başqa yerlərdə oturur", - deyə V.Pronin yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti